
Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 15:08
Bu gün, 12:58
Bu gün, 12:30
Bu gün, 10:47
Bu gün, 09:45
Dünən, 23:21
Dünən, 21:09
Dünən, 20:23
Dünən, 19:48
Dünən, 18:19
Dünən, 16:45

Ötən gün Rusiya Nazirlər Kabinetinin “Aİ-92” və “Aİ-95” markalı benzinə ixrac qadağası qoyulacağı barədə məlumat vermiş və bunun çanağının bizim başımızda çatlayacağını bildirmişdik. Çünki Rusiyadan bu markalı benzini alanlardan biri də bizik və istər-istəməz Rusiya Nazirlər Kabinetinin məlum qərarı bizdən də yan keçməyəcəkdi.
Rusiya benzin ixracına qadağa qoymağa hazırlaşır, çanağı bizim başımızda çatlamasa yaxşıdır
Ovqat.com-un bu proqnozunun reallaşması özünü çox gözlətmədi. Bu gün yayılan məlumata görə, artıq yanacaqdoldurma məntəqələrində benzinin qiyməti artırılıb.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.
O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır:
“Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.
Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.
Ovqat.com-un təxminlərinə görə, Rusiyada “Aİ-92” və “Aİ-95” markalı benzinə ixrac qadağasının qoyulması ilə bahalaşma 5 qəpiklə qalmaya və digər markaların qiymətləri də analoji şəkildə arta bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar