Xəbər lenti

2022-ci ilin yanvar ayında Azərbaycandan 2 milyard 31,4 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını belə sıralayıb: İtaliya, Ukrayna, İsrail, Böyük Britaniya, Çexiya, Tailand, İspaniya, Rumıniya, Almaniya, İrlandiya, Portuqaliya, Türkiyə, Tunis, Rusiya.

Dövlət Statistika Komitəsi yanvarın hasilatını 2,9 milyon ton, Energetika Nazirliyi gündəlik hasilatını 580,9 min barrel göstərib.

Beynəlxalq razılaşmaya əsasən, fevralda Azərbaycanın gündəlik xam neft hasilatı 668 min barreldir. Mart üçün 675 min barrel kvota nəzərdə tutulur.

2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20 dollarla başlayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 911          Tarix: 20-02-2022, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma