Xəbər lenti


“Visa” və “Mastercard” Rusiyadakı fəaliyyətlərini dayandırıblar.

Ovqat.com
-un məlumatına görə, bunu beynəlxalq ödəniş sistemlərinin özləri açıqlayıblar.

“Rusiyada buraxılmış Visa kartları ilə başlanmış bütün əməliyyatlar artıq ölkə hüdudlarından kənarda işləməyəcək və Rusiyadan kənarda maliyyə institutları tərəfindən buraxılan hər hansı Visa kartları Rusiya Federasiyasında işləməyəcək”, - Visa bildirib.

Visa ilə yanaşı Mastercard da bildirib ki, Rusiya bankları tərəfindən buraxılan kartlar artıq Mastercard şəbəkəsi tərəfindən dəstəklənməyəcək. Bundan əlavə, Rusiyadan kənarda buraxılan Mastercard kartları Rusiya ərazisində işləməyəcək.

Şirkət qeyd edib ki, Rusiyada fəaliyyətini «qanunvericiliklə bağlı hər hansı məhdudiyyətlər olmayanda» bərpa edəcək.






Ana səhifəyə qayıt        Baxış: 5 071          Tarix: 6-03-2022, 04:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma