Xəbər lenti


Yaponiya hakimiyyəti Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyadan neft tədarükünə qadağa qoyulması ilə bağlı ABŞ və Avropa ölkələri ilə danışıqlar aparır. 

Ovqat.com
-un məlumatına görə, Yaponiyanın Kyodo agentliyi bu barədə xəbər yayıb.

Bildirilir ki, hazırda Yaponiyaya tədarükün ümumi həcmində Rusiya neftinin payı təxminən 4%-dir.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton eyni məsələni avropalı tərəfdaşları ilə müzakirə edir. ABŞ Energetika Nazirliyinin rəsmi statistikasına görə, Rusiya ABŞ bazarına xarici neft tədarükçülərinin ilk beşliyinə daxildir. Bloomberg-in məlumatına görə isə, Rusiya neftçiləri 2021-ci ildə ABŞ bazarında ikinci yerdə qərarlaşıb.




Ana səhifəyə qayıt        Baxış: 4 464          Tarix: 7-03-2022, 08:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma