Xəbər lenti

 
“Qazprom”-un təbii qaz ixracı 1 yanvar - 15 mart tarixləri arasında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,5% azalıb.
 
Ovqat.com-un məlumatına görə, bunu Rusiyanın enerji şirkətinin özü bəyan edib.
 
“Qazprom”un yaydığı açıqlamaya görə, şirkətin ilin ilk 2,5 ayında təbii qaz hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyib, təbii qaz ixracatı isə azalıb. Məlumata görə, şirkətin təbii qaz hasilatı 111,5 milyard kubmetr olub. Sözügedən dövr ərzində şirkətin Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmayan ölkələrə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz azalaraq 30,7 milyard kubmetr olub.
 
İlin 2,5 ayında Türkiyəyə ixrac əvvəlki ilin eyni dövrünə görə 21,1%, İtaliyaya 51,7%, Polşaya 71,8%, Xorvatiyaya 110,9% və Yunanıstana isə 34,6% artıb.
 
Açıqlamada Avropada yeraltı təbii qaz anbarlarının doluluq nisbətinin 26,2% olduğu vurğulanır.


Ana səhifəyə qayıt        Baxış: 7 109          Tarix: 16-03-2022, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma