Xəbər lenti

 
Qlobal neft bazarlarında yaranmış böhran OPEC-in nəzarət imkanlarından kənardadır”.
 
Ovqat.com xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Aİ Komissiyasının enerji üzrə üzvü Kadri Simsonla söhbətində belə deyib.
 
OPEK-in baş katibinin fikrincə, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən bu ölkənin gündəlik neft tədarükündə itkiləri 7 milyon bareli keçə bilər və OPEK-in bu itkini kompensasiya etməsi çətin olacaq.
 
Neft qiymətlərinin tələb və təklifdən çox siyasi faktorlarla dəyişdiyini ifadə edən Barkindo bildirib ki, bu vəziyyətdə OPEC-in edə biləcəyi çox şey yoxdur: “Böhranlar bazarda yüksək volatilliyə səbəb olub. İqtisadi əsaslara söykənməyən amillər isə OPEC-in nəzarəti xaricindədir”.
 
Rusiyanın Ukraynaya müdaxiləsi ilə kəskin bahalaşan neftin qiyməti bu gün də bir barel üçün 100 dolların üstündədir. Qiymət artımları qlobal inflyasiya təzyiqlərinin artmasına səbəb olur.
 
Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC ölkələri Rusiyanın itkilərini kompensasiya etməklə bağlı ABŞ-ın çağırışlarına cavab verməyib.


Ana səhifəyə qayıt        Baxış: 5 117          Tarix: 12-04-2022, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma