Xəbər lenti
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
ABŞ dolları dünya bazarında əksər səbət valyutalarına nisbətən möhkəmlənməkdə davam edir. Avropa İttifaqında müşahidə edilən durğunluq fonunda avro da ABŞ puluna nisbətən dəyərsizləşir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra avro dollara nisbətən 7 faizdən çox dəyər itirib.
Strateji məhsulların qiymətlərində də azalamlar müşahidə edilir. Çində tətbiq edilən sərt karantin tədbirləri neftin qiymətinin 5 faiz azalmasına səbəb olub. Birjalarda volatilliyin artmasına həmçinin dolların möhkəmlənməsi də təsirsiz ötüşmür.
Dünya bazarında möhkəmlənən dolların manata nisbətən kursu necə dəyişəcəkmi? V.Bayramov bildirir ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Ekspert xatırladır ki, valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir: "Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib, bu səbəbdən praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır: "Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar