Xəbər lenti

"Avropa İttifaqı (Aİ) bu yay Rusiyadan kömür idxalını dayandıracaq, ilin sonundan isə Rusiya neftindən imtina edəcək".

TASS xəbər verir ki, bu barədə Almaniyanın kanseri Olaf Şolts bildirib.

“Aİ və Trans-Atlantik tərəfdaşlarımız Rusiyaya və ayrı-ayrı şəxslərə qarşı görünməmiş sanksiyalar həyata keçirir. Özümüzə iqtisadi zərər bahasına başa gəlsə belə, bir çox ölkələr bu sanksiyalara qoşulub. Hazırda Rusiyadan yer altından çıxarılan yanacaq asılılığına son qoyulması ilə bağlı ciddi siyasət həyata keçiririk. Bu yay Rusiyadan kömür idxalını dayandıracağıq, ilin sonundan isə Rusiya neftindən imtina edəcəyik. Bundan başqa, bu ölkədən qaz idxalını kəskin şəkildə azaldacağıq”, - o bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 810          Tarix: 2-05-2022, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma