Xəbər lenti

Çin ABŞ hökumətinin tətbiq etdiyi sanksiyalardan sonra Rusiyaya texnologiya ixracını iki dəfə azaldıb. ABŞ-ın ticarət naziri Cina Raymondo bildirib ki, Pekin ticarət qadağalarını pozmaqdan ehtiyat edir. Bu barədə Washington Post yazır.

Belə ki, martda Çindən Rusiyaya noutbukların tədarük həcmi əvvəlki ayla müqayisədə 40%, smartfonların ixracı isə üçdə iki azalıb. Bundan əlavə, Çindən telekommunikasiya şəbəkəsi avadanlıqlarının ixracı 98% zəifləyib

Hələlik Pekin Rusiyaya Qərbin sanksiyalarından yan keçməsinə kömək etmək niyyətini nə rəsmən inkar edib, nə də təsdiqləyib. Öz növbəsində ABŞ Çin şirkətlərinə texnologiya satışına məhdudiyyətlər qoya bilər.

Çinin dövlət neft emalı zavodları xammalın emalı üçün Rusiya ilə yeni müqavilələrdən yayınır. Bununla belə, onlar mövcud müqavilələr üzrə şərtləri yerinə yetirməyə hazırlaşırlar.

Martın 17-də Ukrayna Milli Bankı Çinin China UnionPay və UnionPay International ödəniş sistemlərinə Rusiya ödəniş bazarından çıxmaq çağırışı ilə müraciət edib.

Öz növbəsində ABŞ Çini böyük sanksiyalar və ixrac nəzarəti ilə hədələyib. Vaşinqtonda Çin Xalq Azadlıq Ordusunun Rusiya Silahlı Qüvvələrinə dəstək verdiyinin əlamətləri görünüb.

Eyni zamanda Kiyev Pekinə təhlükəsizliyin təminatçılarından biri kimi çıxış etməyi təklif edib.



Ana səhifəyə qayıt        Baxış: 3 609          Tarix: 18-05-2022, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma