Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
ABŞ və Avropanın Rusiyaya qarşı yönəltdiyi sanksiyaların təsiri bir neçə aydan sonra özünü daha qabarıq şəkildə büruzə verəcək. Kreml irəlidə vəziyyətin kəskinləşəcəyini anladığı üçün var gücü ilə çıxış yolu axtarır. Bu səbəbdəndir ki, ruslar sanksiyaların təsirindən qurtulmaq üçün Çindən yardım istəyiblər.
Rusiyanın bu niyyəti dünya ictimaiyyətinə məlum olandan sonra Ağ Ev Çinə xəbərdarlıq edib ki, əgər onlar Rusiyaya kömək göstərsələr, ABŞ-ın ciddi tədbirləri ilə üzləşəcəklər. Bundan sonra ABŞ Prezidenti Co Bayden və Çinin rəhbəri Si Çzinpin arasında 2 saata yaxın davam edən telefon danışığı olub. Tərəflərin nələri müzakirə etməsi barədə dəqiq məlumat verilməsə də, aydındır ki, danışıqların əsas mövzusu Ukraynada gedən müharibə olub. Beynəlxalq ekspertlər bildirirlər ki, ABŞ və Avropa ilə geniş ticarət əlaqələri olan Çinin Rusiyaya görə riskə gedəcəyi gözlənilmir.
”AzPolitika.info” xəbər verir ki, Böyük Britaniyanın “The Economist” nəşri “Çin Ukraynaya qarşı aparılan müharibənin məsuliyyətini daşımaq istəmir” başlıqlı məqaləsində bu mövzuya toxunaraq qeyd edib ki, Si Çzinpin qlobal nizama meydan oxuyan Putindən fərqli siyasət yürüdür: ”Çinin Putinin qələbəsini arzulamaq üçün hər cür əsası var. Rusiya liderinin alçaldılması və ya hətta onun devrilməsi Çinin və Si Çzinpinin mövqeyini zəiflədir. Amma Si Çzinpin Ukrayna uğrundakı müharibənin məsuliyyətini daşımaq fikrindən uzaqdır. Həmçinin, Çinin indi yaranmış məqamı fürsət bilərək Tayvanı zəbt etmək istəyinin hər hansı əlaməti də görünmür.
Qlobal nizam qaydalarına meydan oxuyan Putindən fərqli olaraq, yoldaş Si Çzinpin özünü daha təmkinli aparır. Bunun səbəbi iqtisadiyyatla bağlıdır. Çin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qınayır, çünki bundan sonra onun Rusiya ilə iqtisadi əlaqələri daha da məhdudlaşacaq. Rusiya həcminə görə Çinə təbii qaz tədarük edən üçüncü ölkədir.
Rusiyanın digər mallarına Çinin tələbi azdır. Çin əsas ticarətini Avropa və ABŞ-la aparır. Sanksiyalar səbəbindən Rusiya aviasiya sahəsindəkı avadanlıqlara böyük ehtiyac duyur, amma Çin bu məsələdə Rusiyaya heç cür yardım edə bilməz, çünki onların özləri aviasiya sahəsində tam şəkildə ABŞ texnologiyasından asılıdırlar”.
Türkiyənin “Habertürk” qəzetinin “Çin Ukrayna ilə bağlı nə etmək istəyir?” başlıqlı məqaləsində isə deyilir: ”ABŞ-ın yüksək vəzifəli məmurunun verdiyi məlumata əsaslanan “The Washington Post” qəzeti yazıb ki, Rusiya Çindən silah yardımı istəyib. Elə həmin gün ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Pekinə xəbərdarlıq edib ki, əgər Çin Rusiyaya sanksiyalardan yan keçməyə kömək edərsə, o zaman ABŞ ona qarşı tədbirlər görəcək. Bundan sonra Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çao Liçzan Çinin Rusiyaya yardım göstərməsi barədə məlumatları təkzib edib.
Türkiyənin “Habertürk” qəzetinin “Çin Ukrayna ilə bağlı nə etmək istəyir?” başlıqlı məqaləsində isə deyilir: ”ABŞ-ın yüksək vəzifəli məmurunun verdiyi məlumata əsaslanan “The Washington Post” qəzeti yazıb ki, Rusiya Çindən silah yardımı istəyib. Elə həmin gün ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Pekinə xəbərdarlıq edib ki, əgər Çin Rusiyaya sanksiyalardan yan keçməyə kömək edərsə, o zaman ABŞ ona qarşı tədbirlər görəcək. Bundan sonra Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çao Liçzan Çinin Rusiyaya yardım göstərməsi barədə məlumatları təkzib edib.
Çin KİV-lərində gedən xəbərlərdə və analitik materiallarda Qərbin yürütdüyü siyasətə qarşı sərt tənqidi mövqe nümayiş etdiriməsinə baxmayaraq, Rusiyaya yardım məsələsində Çin öz neytrallığını saxlayır. 2021-ci ildə Rusiya ilə Çin arasındakı ticarətin həcmi Çinin Avropa və ABŞ-la apardığı ticarətin həcminin onda biri qədər olub. Hazırda Rusiya Çinə Şərqi Sibir yatağından 10 milyard kub metr qaz göndərir. Gözlənilir ki, 2025-ci ildə bu rəqəm 38 milyard kub metrə qədər artacaq. Qərbi Sibir yatağı hələlik qaz kəməri ilə Çinə birləşməyib. Rusiya 2030-cu ilə kimi yeni qaz kəməri tikmək niyyətindədir. Həmin kəmər vasitəsilə Çinə 50 milyard kub metr təbii qaz tədarük edilə bilər.
Bir çox ekspertlər deyir ki, Çinə əlavə qaz ixrac etməklə Avropa bazarında Rusiya qazına qoyulacaq məhdudiyyətlərin kompensasiya edilməsi mümkün deyil.
Ukraynada baş verən hadisələrlə bağlı Çin üç məsələyə cavab axtarır:
Ukraynada baş verən hadisələrlə bağlı Çin üç məsələyə cavab axtarır:
Birincisi, bu hadisələr Çinin Tayvanla əlaqədar hədəflərinə necə təsir göstərəcək?
İkincisi, Qərb və Rusiya arasındakı bu mücadilə nəylə nəticələnəcək?
Üçüncüsü, Çin bundan hansı üstünlüklər əldə edə bilər?
Əlbəttə, gözlənilənlərin əksinə olaraq, müharibənin uzanması və Qərbin Ukraynaya göstərdiyi dəstək, istər Çinin Tayvanla bağlı məqsədlərinə nail olması perspektivini, istərsə də ABŞ-ın Tayvana necə bir müqavimət xətti quracağını müəyyənləşdirəcək. Bu prosesdə Çini narahat edən məsələ ərzaq təhlükəsizliyidir. Rusiya və Ukrayna böyük taxıl istehsalçılarıdır və ÇXR sədri Si Çzinpin 6 martda verdiyi bəyanatda bildirib ki, xaricdən alınan ərzaqdan asılılığı azaltmaq lazımdır. Çin rəhbəri bu barədə deyib: ”Çin xalqının qabı öz düyümüzlə dolmalıdır”.
Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyinin də təmin edilməsi üçün enerji istehsalının artırılması qərara alınıb. İlk öncə külək enerjisi və kömür ehtiyatının artırılması nəzərdə tutulur. İndiki mərhələdə Çin Rusiyadan ucuz enerji resursları və taxıl tədarük edilməsi üzərində işləyir. Çinin maliyyə müəssisələri Rusiyaya görə Qərbin sanksiyaları ilə üzləşmək fikrində deyillər. Pekinin Dünya Bankına alternativ kimi yaratdığı “Asiya İnfrastruktur və İnkişaf Bankı” 3 mart tarixindən Rusiya və Belarusa kredit verilməsini dayandırıb. Rusiya “Visa” və “Mastercard” əvəzinə Çinin dünyada geniş yayılmış “Union Pay” sistemindən istifadə etmək istəyir. Amma çinlilər hələlik bununla bağlı qərar verməyiblər. Əgər “Union Pay”-dən istifadəyə razılıq verilərsə, bu, Rusiyanın bank ödəmə sistemindəki çətinliklərini nisbətən yüngülləşdirər.
Beləliklə, əgər müharibə uzanarsa, Rusiya-ABŞ qarşıdurmasında Çin hökuməti indiki mövqeyini saxlamaqda çətinlik çəkəcək. Ukrayna ətrafında gedən geosiyasi mücadilə Asiya -Sakit okean bölgəsinə də təsir göstərəcək.
Ümumiyyətlə, belə nəticə çıxır ki, Pekin hökuməti öz ölkəsi daxilində xammalın qiymətinə nəzarət etməyə, sabitliyi qorumağa və ən azı, illik 5% iqtisadi böyümə əldə etməyə çalışır. Ona görə də Çin Rusiyaya qarşı sanksiya məsələsində Qərblə açıq qarşıdurmaya getməyəcək”.
CNN-in internet portalında dərc edilən yazıda bildirilir ki, Qərblə münasibətləri korlamaq istəməyən Çin Rusiyaya qarşı heç də mərhəmətli davranmayacaq: ”Çin Rusiyanın bir nömrəli ticarət tərəfdaşıdır, amma Pekin bu bazarı əsas perspektiv saymır. Çinin digər iqtisadi prioritetləri var. Çinlə Rusiya arasındakı ticarət Çinin ümumi ticarət həcminin yalnız iki faizini təşkil edir. Son iki həftə ərzində Çin təcrid olunmuş Rusiya iqtisadiyyatından məsafə saxlamaq üçün müxtəlif sferalar üzrə tədbirlər görüb. Çin rublu xilas etməyəcək. Pekin rublun məzənnəsi ilə əlaqədar Moskvaya heç bir xidmət göstərmir. Rusiyanın 90 milyard dollara bərabər yuanı var, amma Çin bu pulların dollar və ya avroya çevrilməsinə imkan verməyib. ABŞ və Avropa Rusiyaya sərnişin təyyarələrinin ehtiyat hissələrinin göndərilməsinə qadağa qoyub. Öz növbəsində Çin də Rusiyaya təyyarələr üçün ehtiyat hissələri yollamaqdan imtina edib.
Çinin yaratdığı “Asiya İnfrastruktur və İnkişaf Bankı” Rusiyadakı avtomobil və dəmir yollarının yaxşılaşdırılması layihəsi üçün ayırdığı 1,1 milyard dollar həcmindəki kreditin də verilməsini dayandırıb”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar