Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
Rusiyanın “Rosneft” və “Qazprom Neft” şirkətləri hasil etdikləri nefti Asiyadakı alıcılara çatdırmaq üçün son bir neçə həftə ərzində “Sovcomflot”a məxsus daha çox tanker sifariş edib.
Ovqat.com xəbər verir ki, bu barədə öz mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Məlumata görə, “Rosneft” getdikcə daha çox Urals neftini Sovcomflot gəmiləri ilə “Nayara Energy” özəl neft emalı zavodu və sənaye holdinqi olan “Reliance Industries Limited”in yerləşdiyi Hindistanın qərb sahilləri istiqamətində göndərməyə başlayıb. Bildirilir ki, “Rosneft”in Hindistana tədarük etdiyi yüklərin bir hissəsi əvvəllər digər alıcılar üçün nəzərdə tutulub, lakin anti-Rusiya sanksiyalarının tətbiqindən sonra Asiyaya yönləndirilib.
“Qazprom Neft” də öz növbəsində, may ayında ESPO (Şərqi Sibir - Sakit Okean) neftini daşımaq üçün bir neçə “Sovcomflot” neft tankeri sifariş edib. Agentliyin iddiasına görə, “Sovcomflot”un doqquz tankeri artıq 2022-ci ildə Hindistana neft çatdırıb və ya tədarük prosesindədir, halbuki ötən il belə nümunələr olmayıb.
Qeyd edək ki, Rusiyanın ən böyük gəmiçilik şirkəti, maye qazın, xam neftin və neft məhsullarının dəniz daşınması, eləcə də dənizdə karbohidrogen hasilatının dəstəklənməsi sahəsində dünya liderlərindən biridir.
Tam adı “Müasir Ticarət Donanması” («Современный коммерческий флот»), Açıq Səhmdar Cəmiyyəti olan “Sovcomflot” SSRİ Hərbi Dəniz Qüvvələri tərəfindən 1988-ci ildə yaradılıb və ozamankı adı “Sovet Ticarət Donanması” Səhmdar Kommersiya Müəssisəsi («Советский коммерческий флот» - АКП «Совкомфлот») olub. 7 oktyabr 2020-ci ilə qədər “Sovcomflot”un səhmlərinin 100%-i Rusiya Federasiyasına məxsus idi.
“Sovcomflot” Şirkətlər Qrupu Rusiyanın ən böyük dəniz daşıyıcılarından biridir və Moskva, Sankt-Peterburq, Novorossiysk, Vladivostok, Odessa, Madrid, London, Limassol, Sinqapur və Dubayda nümayəndəlikləri, törəmə şirkətləri və ekipaj ofisləri var. Şirkət Rusiyada və xaricdə iri sənaye layihələrinə xidmət göstərir: Saxalin-1, Saxalin-2, Varandey, Prirazlomnoye, Novy Port, Yamal LNG, Arctic LNG 2, Tangguh (İndoneziya) bunlardan ən böyükləridir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar