Xəbər lenti
 
 
"Rosneft"-in Krımın Rusiyaya birləşdirilməsindən sonra şirkətə qarşı tətbiq edilən Avropa sanksiyalarına etiraz etmək şansı qalmayıb. 
 
Ovqat.com xəbər verir ki, Aİ Məhkəməsi "Rosneft"-in müvafiq müraciətini rədd edib.
 
Məlumata görə, məhkəmənin cümə axşamı günü çıxardığı qərarda deyilir: "Avropa Ədalət Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərarından apellyasiya şikayəti tam şəkildə rədd edilsin". 
 
Qeyd edək ki, 2018-ci ildə Aİ Məhkəməsinin birinci istansiyası Rusiya şirkətinin AB Şurasına qarşı iddiasını rədd etmişdi. Ardından “Rosneft”, AB-nin ona qarşı sanksiyaların tətbiq edilməsinin qanuniliyini etiraz edərək apellyasiya şikayəti vermişdi.
 
Bu gün isə Avropa Ədalət Məhkəməsi əvvəlki instansiyanın müvafiq qərarını qüvvədə saxlayıb. Qərara əsasən, Aİ Şurası "sanksiyaların tətbiqi üçün kifayət qədər əsaslı səbəblər təqdim edib". Apellyasiya şikayətinə baxış təxminən iki il davam edib
 
2014-cü ilin iyulunda Avropa İttifaqı Krımın birləşdirilməsi və Ukraynanın şərqindəki hadisələrlə əlaqədar Rusiyaya qarşı sektoral iqtisadi sanksiyalar tətbiq edib. Sanksiyalar müdafiə, enerji və maliyyə sektorundakı müəssisələrə də şamil olunub.
 
Sanksiyalar, xüsusilə, Rusiya dövlət səhmli banklarına (Sberbank, VTB) və böyük neft-qaz şirkətlərinə ("Rosneft", "Qazprom neft", "Transneft") tətbiq olunub. Avropa rezidentlərinə bu banklara orta və uzunmüddətli maliyyə yatırmaq qadağan olunub.
 
Bu, artıq Aİ-nin sanksiyalarına etiraz edən "Rosneft" in üçüncü iddiasıdır.
 
Xatırladaq ki, 2017-ci ildə Avropa Məhkəməsi "Rosneft"in bu cür iddialardan birini rədd etmişdi. 
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 160          Tarix: 17-09-2020, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma