
Xəbər lenti
Bu gün, 21:00
Bu gün, 18:25
Bu gün, 17:58
Bu gün, 16:39
Bu gün, 15:10
Bu gün, 13:17
Bu gün, 11:26
Bu gün, 10:48
Bu gün, 00:21
Dünən, 21:36
Dünən, 18:23
Dünən, 16:55
Dünən, 15:30

“Son iki il proqnozlaşdırma baxımından ağır il olub”.
“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib. "
"Xüsusilə 2021-ci ildə bir sıra proseslər gedib. Tələblə təklif arasında natarazlıq olub. İndiki ərzaq böhranı problemi də ötən ildən başlayıb", - deyə o, qeyd edib.
"Koronavirus (COVID-19) pandemiyasına görə, biz 2020-ci ildə bir çox proqnozlarımızı dəyişməli olduq. 2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3,4% artacağı proqnozlaşdırılırdı, ancaq 5,6% artıb", - deyə S.Şərifov əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, dünya bazarında neftin bahalaşması digər məhsulların da qiymətinin artmasına gətirib çıxarır: "Xaricdən gələn infilyasiya ilə mübarizə aparmaq olduqca çətindir. Burada söhbət məhsulun çatışmazlığından gedir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar