Xəbər lenti

“2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoza tam icra olunub”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, ötən il  7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib.

Hesablama Palatasının rəhbəri əlavə edib ki, ötən il büdcə gəlirlərinin 46,8%-i ilin I yarısında təmin olunub. V.Gülməmmədov gəlirlər üzrə icra səviyyəsini də açıqlayıb: “Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb. Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 620          Tarix: 22-05-2018, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma