Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
İqtisadçı Rövşən Ağayev baha neftin dünya iqtisadiyyatına təsirindən yazıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, dünya iqtisadiyyatının neftin yüksək qiymətinə 2022-ci ilin ikinci yarısında da tab gətirəcəyi real görünmür: “Postpandemiya dövründə toparlanmağı hədəflədiyi halda Rusiyanın Ukraynaya təcavüzünün yaratdığı daha ciddi böhrana girən qlobal iqtisadiyyat kəskin bahalanan enerji sayəsində çox yüksək təklif inflyasiyası ilə qarşılaşıb. Təklif inflyasiyasının yaratdığı yüksək xərclər tələb məhdudluğu yaratmaqla və real sektorda daralmanı qaçılmaz etməklə yanaşı ev təsərrüfatlarının alıcılıq qabiliyyətini, yüksək borcla çalışan biznesin ödəmə qabiliyyətini sarsıdır. Neftin yüksək qiymətləri qalarsa, yaxın üç-dörd ayda həmin təsirlər daha aydın hiss olunacaq.
İnflyasiyanın yüksək səviyyəsi təkcə ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaltmır, həmçinin onların ipoteka və istehlak məqsədli borclarını qaytarmasını çətinləşdirir. Öz öhdəliklərini yerinə yetirə bilməyən biznes və ev təsərrüfatlarına görə maliyyə sektoru üçün də ağır vəziyyət yaranır.
Qlobal güclər ya Rusiya neftinə təcili alternativlər tapıb problemi həll edəcək, ya da qlobal iqtisadiyyat özü çarə tapacaq – böhranla bu qiymətə reaksiya verərək həmin qiyməti aşağı çəkəcək”.
İyunun 1-də brent markalı neftin barreli London birjasında 116,02 dollara, layt markalı neftin barreli Nyu-York birjasında 115,20 dollara satılır. “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 127,48 dollar qiymət qoyulub. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70 dollarla başlayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar