Xəbər lenti

“Avropalıların mənzillərində istilik temperaturunun aşağı salınması hesabına Rusiyadan idxal edilən təbii qazın miqdarına kifayət qədər qənaət etmək mümükündür”.

“AzPolitika.info” caspianbarrel.az-a istinadən xəbər verir ki, bu fikri Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol Danimarkada qurumun təşkil etdiyi enerji səmərəliliyi üzrə illik qlobal konfransda çıxış edərkən səsləndirib.

“Bu qış təbii qaz bazarları məni xüsusilə narahat edir. Əgər isitmə dövrü sərt və uzun keçərsə, demək olar ki, bizi çox çətin günlər gözləyir”, – deyə Birol bəyan edib.

Onun sözlərinə görə, aparılan hesabalamalar gösrərib ki, avropalı istehlakçılar evlərində temperaturu iki dərəcə aşağı salsalar, o zaman 20 milyard kubmetr mavi yanacağa qənaət etmək mümkündür ki, bu da Rusiyadan “Şimal axını” ilə Avropaya təbii qaz axınına bərabərdir.

BEA rəhbəri, həmçinin xatırladıb ki, bu yay turizm mövsümündə artan tələbat fonunda neft məhsulları bazarında çətin vəziyyət yarana bilər ki, onun da dəyəri nəzərəçarpacaq dərəcədə arta bilər.

“Sadəcə magistral yollarda hərəkət zamanı sürət həddinin 10 km/saat azaldılması avropalı istehlakçılara gündə 500 min barel nefti qənaət etməyə gətirib çıxarar ki, bu da OPEC+ ölkələrinin hasilatın aylıq artımına bərabərdir”, -deyə Fatih Birol bildirib.

BEA rəhbəri vurğulayıb ki, hökumətlərin düzgün enerji siyasəti hətta yeni texnologiyalar olmadan da yaxın 7 ildə Çinin bütün enerji istehlakına bərabər enerjiyə qənaət etməyə imkan verə bilər.



Ana səhifəyə qayıt        Baxış: 3 120          Tarix: 8-06-2022, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma