Xəbər lenti

 

“Güclü tələbat və bəzi istehsalçı ölkələrin neft hasilatında yaranan qeyri-müəyyənliklər səbəbindən qlobal neft bazarlarında bu ilin sonuna yaxın tənəzzül baş verəcək”.

Ovqat.com bildirir ki, bu xəbərdarlığla Beynəlxalq Enerji Agentliyi (IEA) Rəhbəri Fatih Birol çıxış edib.

 Hindistanın Neft naziri Dharmendra Pradhan ilə Yeni Dehlidə dünən keçirdiyi görüşdən sonra mətbuata açıqlama verən Birol neft bazarlarının yaşanacağı gözlənilən daralmalarla bağlı  qayğılarının qəti olduğunu bildirib, Hindistan və digər aparıcı idxalçı ölkələri buna hazır olmağa çağırıb.

 Birol öz əndişələrini neft bazarlarında tələbin böyüməsi və Venesuelada istehsalın çökməkdə olması ilə əsaslandırıb. Onun sözlərinə görə, Venesuelanın neft istehsalının son iki ildə yarı-yarıya düşüb.

 “Bundan əlavə, Yaxın Şərqdəki istehsalçılar da daxil olmaqla, bəzi ölkələrdə hasilatda qeyri-sabitliyin hökm sürür”-Beynəlxalq Enerji Agentliyinin sədri belə deyib.

 Birol Bazar ertəsi günü verdiyi açıqlamada da Venesuelada neft hasilatında geriləmənin davam etməsini gözləndiyini qeyd etmişdi.

Fatih Birolun bu xəbərlığı Azərbaycan üçün də xeyli manidardır. Nədən ki, neft hasilatında azalmaların yaşanması və tələbin artması “qara qızıl”ın qiymətinin kəskin bahalaşması mənasına gəlir. Bununla belə, neftin qiymətlərinin artması sənaye məhsullarının da bahalaşmasına səbəb olar ki, nəticədə qlobal iqtisadi böhran yarana bilər. Təcrübələr isə sübut edir ki, qloba sənaye müəssisələrində baş verən bu böhran ilk əvvəl Azərbaycan kimi ölkələrə daha çox kapital axışına yol açsa da, neftə tələbatı azaldır və “böhran bumeranqı” hasilatçılara doğru geri dönür.

Azərbaycan hakimiyyəti ilin sonlarında baş verəcəyi gözlənilən qiymət artımına çox aludə olmamalı, əksinə, yarana biləcək qısamüddətli fürsətdən faydalanıb iqtisadiyyatın şaxələnməsi strategiyasını daha sürətlə həyata keçirməlidir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 959          Tarix: 30-08-2018, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma