Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
"Dünyanın mərkəzi bankları inflyasiya ilə uçot dərəcələrinin artırılması vasitəsilə mübarizə apardığı bir zamanda bizim Mərkəzi Bank çıxış yolunu bankların izafi likvidliyini aradan qaldırmaqda görüb".
"AzPolitika.info" xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Samir Əliyev bildirib.
O qeyd edir ki, Mərkəzi Bankın 06 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na dəyişiklik edilib: "Dəyişiklik nəticəsində məcburi ehtiyatların normaları (MEN) dəfələrdə artırılıb. Dəyişikliyə görə, milli valyutada depozitlər üzrə MEN 0,5%-dən 4%-ə, xarici valyutada depozitlər üzrə isə 1%-dən 5%-ə qaldırılıb. MB açıqlamasında bunu inflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterlizasiyası məqsədi daşıdığını qeyd edib".
Ekspert xatırladır ki, 2022-ci ilin mayın 1-i tarixinə bank sektorunda məcburi ehtiyatların həcmi 193.6 milyon manat olub. Yəni, bu məbləğ sadəcə MB-nin hesablarında saxlanılır. Onun sözlərinə görə, indi isə MEN-nin əhəmiyyətli artımı nəticəsində bu vəsaitin həcmi deposit qoyuluşunun artım tempindən asılı olaraq əhəmiyyətli dərəcədə artacaq.
"Bu o deməkdir ki, banklar əvvəlki dövrdən fərqli olaraq cəlb etdikləri vəsaitlərin daha çox hissəsini kredit qoyuluşuna yönəltmək əvəzində MB-nin hesabında passiv şəkildə saxlamalı olacaqlar. Bu isə kredit resurslarının maya dəyərini artıracaq. MB-nin qiymətləndirmələrinə görə, bu artım bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.044% artırıcı təsir göstərir. Nəzərə alsaq ki, bankların öhdəliklərinin 80.4%-ni depozit portfeli təşkil edir, bu halda artırıcı təsirin daha yüksək olduğu qənaətinə gəlmək olar", iqtisadçı vurğulayıb.
Xatırladaq ki, son dəfə MEN-ə dəyişiklik 2016-cı ildə edilib. Həmin dövrdə xarici valyuta olan depozitlər üzrə faiz dərəcəsi 0,5%-dən 1%-ə qaldırılıb, qeyri-rezident bank və maliyyə təşkilatlarından, o cümlədən beynəlxalq maliyyə təşkilatlarından cəlb edilmiş vəsaitlər üzrə faiz dərəcəsi isə 0,5%-dən 0-a endirilmişdi.
Samir Əliyev deyir ki, Mərkəzi Bankın bu addımının bank sektoruna təsiri isə aşağıdakılar ola bilər:
"- MEN faizini kompensasiya etmək üçün banklar, xüsusilə resurs qıtlığı olmayan iri banklar depozit faizlərini aşağı salmağa başlayacaq;
- Xarici valyuta üzrə depozitlərin faiz dərəcələri sıfır həddinə yaxınlaşacaq
- Kreditlərin faiz dərəcələrinin son dövrlər müşahidə edilən zəif aşağı düşməsi tendensiya artımla əvəz oluna bilər;
- Bankların izafi likvidliyi azalacaq, ancaq bu azalma əhəmiyyətli olmayacaq;
- Kiçik və depozitdən yüksək asılılığı olan banklar depozitlər üzrə faiz dərəcələrini saxlamağa çalışacaq, bu isə onların faiz gəlirlərini azaldacaq".
İqtisadçı güman edir ki, uçot dərəcələri pul-kredit siyasətinə təsiri sıfır olduğundan Mərkəzi Bank inflyasiya ilə mübarizə vasitəsi olaraq bu addımı atmağa məcbur olub: "Ən azı bizim təcrübədə uçot dərəcələrinin işlək mexanizm olmadığı dəfələrlə sübut olunub. Ancaq unutmayaq ki, Azərbaycanda inflyasiya monetar amillərdən qaynaqlanmır, buna səbəb dünya bazarlarında daşınma zəncirinin pozulması və ölkənin idxaldan yüksək asılılığıdır. Milli valyutanın məzənnəsinin dollara münasibətdə sabitliyi inflyasiya idxalını hələki minimuma endirir".
Ekspert xatırladır ki, MEN bankların cəlb etdikləri depozitlərin məcburi qaydada MB-də saxladıqları hissəsi nəzərdə tutulur və pul-kredit siyasətinin əsas alətlərindən biri hesab olunur.
Onun sözlərinə görə, ehtiyat normaları kredit təşkilatlarının kredit imkanlarının məhdudlaşdırılması və dövriyyədə olan pul kütləsinin lüzumsuz artımının qarşısının alınması üçün istifadə edilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar