"Bütövlükdə inflyasiya səviyyəsinin aşağı olması şəraitində Mərkəzi Bank ardıcıl olaraq monetar siyasətin, pul-kredit siyasətinin yumşaldılması fonunda addımlar atır. Uçot dərəcəsini 2018-ci ildən bəri 18 faizdən bu gün üçün 8,25 faizə qədər endirmişik. Monetar siyasətin yumşaldılmasının digər istiqaməti bütövlükdə kəmiyyət yumşaldılması, yəni bizim iqtisadiyyata verdiyimiz pulun həcmidir. Cari ildə bu, 9 faizdir".
“Report” xəbər verir ki, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, son iki ildə Mərkəzi Bankın pul bazası 37 faizdən çox artıb
"Son iki ildə pul bazası deyilən bizim əsas göstəricimiz 37 faizdən çox qalxıbdır. Bu da bütövlükdə aşağı inflyasiya şəraitində iqtisadiyyatda canlanma, kredit aktivliyinin artması istiqamətində edilir ki, bankların kifayət qədər öz resursları olsun və bu vəsaitlərdən istifadə edə bilsinlər".
Elman Rüstəmov Mərkəzi Bankın faiz siyasətinin bütövlükdə biznes kreditləri üzrə həm də əhalinin əmanətlərinin faizinin formalaşmasında mühüm rol oynamağa başlayıb:
"İqtisadiyyatda faiz dərəcələrinin aşağı düşməsini müşahidə edirik. Baxmayaraq ki, ümumi fondu formalaşdıran yüksək istehlak kreditlərinin faizləri olur. Amma biznes kreditlər, yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi cari ildə 11 faizdir və 5 faizdən də aşağı düşüb. Bu, bizim uçot dərəcəsinə yaxındır. Bu, onu göstərir ki, Mərkəzi Bankın uçot dərəcəsi, faiz siyasəti artıq bütövlükdə biznes kreditləri üzrə həm də əhalinin əmanətlərinin faizinin formalaşmasında mühüm rol oynamağa başlayıb".
Paylaş: