Bu ilin yanvar-may aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 161,4 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. Belə ki, ötən ilin ilk beş ayında bu rəqəm 48,1 mln. dollar olub.
“APA-Economics” “QazTrade”in məlumatlarına istinadən xəbər verir ki, artım həm ixracın (37,1 mln. dollara qarşı 125,5 mln. dollar), həm də idxalın (11 mln. dollara qarşı 35,8 mln. dollar) artması ilə təmin edilib.
Azərbaycana ixracın artımı buğda, neft və neft məhsulları, elektrik dəmir yolu lokomotivləri, relslər və s. kimi malların tədarükünün artması ilə əsaslandırılır. Eyni zamanda, təraş məhsulları, dezodorantlar, yol və tikinti texnikası, boru kəmərləri üçün fitinqlər və s. kimi malların ixracında azalma müşahidə olunub.
Azərbaycandan isə Qazaxıstana idxalın artımı xüsusi təyinatlı üzən avadanlıqlar, etilen polimerlər, su, o cümlədən mineral, qazlı və şəkərli suyun, qoz-fındıq, borular, qara metallardan hazırlanan borular və profillər, kruiz və ekskursiya gəmiləri, bərə və sərnişinləri daşımaq üçün nəzərdə tutulan digər nəqliyyat vasitələri və s. kimi malların idxalının artması ilə əsaslandırılır.
Bununla yanaşı pomidor, müxtəlif kabellər, sement, beton və ya süni daşdan hazırlanan məmulatlar və s. kimi malların idxalında azalma qeydə alınıb.
Paylaş: