Avropa Komissiyası (AK) Rusiyaya Kalininqrada sanksiya tətbiq edilən malların idxalına icazə verməyi planlaşdırır.
“Azadlıq” radiosu xəbər verir ki, bu barədə Avropa Komissiyasındakı mənbələr xəbər xəbər verib.
Mənbə “Şpigel” jurnalına bildirilib qəbul edilən qərara görə, tranzitə icazə verilən malların dəqiq həcmi Litva gömrük sənədləri ilə müəyyən ediləcək. Xüsusi hallarda, tranzit yükün həcmi normadan çox ola bilər, ancaq bu halda Rusiya hər bir istisnanı sübut etməli olacaq.
Avropa Komissiyasının qəbul etdiyi qərar əsasən Almaniya hökumətinin mövqeyini əks etdirir. Almaniya kansleri Olaf Şolz dəfələrlə vurğulayıb ki, o, NATO-nun Rusiya və Ukrayna arasında müharibənin tərəfinə çevrilməməsi üçün əlindən gələni edəcək. Alman əsgərləri Litvada yerləşdirilib və mümkün münaqişədə iştirak edə bilərlər.
Danışıqlarla tanış olan Litva nümayəndəsinin sözlərinə görə, Almaniya iyunun 18-dən etibarən Avropa Komissiyasına təzyiq göstərir ki, Kalininqrada tranzit üçün sanksiyalar tətbiq olunmasın. Yaxın günlərdə Avropa Komissiyasının qərarının dərc olunacağı gözlənilir.
Xatırladaq ki, Kalininqrad vilayəti Litva və Polşa ilə həmsərhəd olan Rusiyanın anklavıdır. İyunun 17-də Aİ sanksiyalarının daxil olmasından sonra Litva Rusiyanın tikinti materialları və metalının tranzitinə qadağa qoyub. Sərnişin daşınması əvvəlki qaydalara uyğun davam edir.
Paylaş: