Xəbər lenti

Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz.

“Report” xəbər verir ki, bu barədə “ZEIT” nəşri yazıb.

Kansler Rusiyanı təhlükəli qaz təchizatçısı hesab edir. Onun sözlərinə görə, gələcəkdə təchizat indikindən daha təhlükəsiz olmayacaq.

“Biz ölkə olaraq bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti qaz ehtiyatlarının və tədarükünün azalması ilə əlaqədar həyəcan rejimini işə salmışdı. Eyni zamanda ölkədə qazın qiyməti qalxıb.




Ana səhifəyə qayıt        Baxış: 3 200          Tarix: 23-07-2022, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma