Xəbər lenti

Norveç Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı iyulun 21-də tətbiq etdiyi yeddinci sanksiyalar paketinə qoşulub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiya rəhbərliyinə və elita nümayəndələrinə təzyiqi saxlamaq üçün sanksiyaların tətbiqi məsələsində yenidən Aİ ilə birgə fəaliyyət göstəririk”, - krallığın xarici işlər naziri Anniken Hyuitfeldt deyib.

Norveçin də qoşulduğu sanksiyalar Rusiya ilə kommersiya fəaliyyətinin aparılmasını daha da azaldır. Bundan əlavə, Moskva meri Sergey Sobyanin və “Rostex”in rəhbəri Sergey Çemezov da daxil olmaqla, 50-dən çox fiziki şəxsə, eləcə də Rusiyanın “Sberbank”ı da daxil olmaqla 10 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib.

Yeddinci sanksiyalar paketi, həmçinin qızılın birbaşa və dolayı yolla idxalına, alınmasına və ya ötürülməsinə qadağa qoyulmasını nəzərdə tutur.




Ana səhifəyə qayıt        Baxış: 4 294          Tarix: 26-08-2022, 21:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma