Xəbər lenti


Səudiyyə və Rusiyanın OPEC+ çərçivəsində noyabrdan etibarən neft hasilatını gündəlik 2 milyon barrel azaltmaq barədə razılığa gəlməsi Vaşinqtonda Demokratlar cəbhəsində çox böyük narazılıq yaradıb. Demokratlara yaxın medialar bu xəbəri “Səudiyyə Putini seçdi” başlığı ilə təqdim edirlər. 


Məsələnin isə sadəcə geosiyasətlə əlaqəli olmadığı bəllidir. Mövcud böhran vəziyyətində ABŞ-da yüksələn enerji qiymətləri ilə çətin vəziyyətə düşən Bayden Administrasiyası bu yay qalmaqallı Səudiyyə səfərinə gedərək enerji qiymətlərini stabilləşdirmək üçün ər-Riyaddan neft hasilatını kəskin artırmağı  istəmişdi. Demokrat Bayden Administrasiyası iqtisadi problemlər səbəbilə noyabrda keçiriləcək çox kritik Konqres ara seçkilərini respublikaçılara uduzmaqdan ehtiyatlanır. Trampa və respublikaçılara yaxınlığı ilə tanınan Səudiyyə vəliəhdi isə hətta Baydenin “ayağı”na gəlməsinə baxmayaraq demokratların işini daha da çətinləşdirməyə davam edir. Özü də son qərarın tətbiqinin məhz seçki dövrünə salınması da xüsusi diqqət çəkir. 


Səudiyyənin əsas qonşusu, OPEC+ təşkilatının digər önəmli üzvü BƏƏ-nin də hasilatın azaldılması qərarını dəstəklədiyi bildirilir. Belə görünür ki, Körfəzin Ərəb monarxları qətiyyən Demokratlarla işləmək istəmirlər və respublikaçıların Konqress və Ağ Evə qayıtmasına çalışırlar. 


Şərqə Baxış Analitik Mərkəz





Ana səhifəyə qayıt        Baxış: 5 412          Tarix: 5-10-2022, 23:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma