Xəbər lenti

Ekspertlər deyirlər ki, Azərbaycan qarşıdakı illərdə qaz satışından indiki qiymətlər fonunda kifayət qədər gəlir əldə edəcək. Çünki təbii qaz qiymətləri qarşıdakı illərdə elə də aşağı olmayacaq. Gəlirlərin konkret məbləği isə dünya bazarında qazın qiymətindən asılı olacaq. 

Prezident İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib ki, ötən il Azərbaycan təqribən 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur. Bu il ixracımız 22 milyard kubmetrdən çox olacaq və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Bu ilin iyulunda Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən, 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. Əgər qaz tədarükümüz artarsa, bu, gəlirlərimizə necə təsir edəcək?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Müştərinin olması yataqların işlənməsini sürətləndirəcək

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, 2018-ci ildə “Şahdəniz 2” layihəsinin istismara verilməsi, 2020-ci ilin sonundan isə Avropaya ixracın başlanması Azərbaycanın böyük qaz hasilatına keçməsinin başlanğıcı oldu: “Azərbaycan regional bazarda qaz satışından sonra böyük bazarlara da çıxışı təmin etdi. Qarşıdan gələn 5 illikdə Azərbaycan qazının ixrac həcmlərinin Avropa bazarlarında 2 dəfə artırılması yeni qaz ehtiyatlarımızın böyük bazara çıxarılmasına şərait yaradır. Çünki qazın neftdən fərqi budur ki, gərək ilkin olaraq alıcını tapasan, sonra ehtiyatlarını işləyəsən”.

ikincisi mayeləşdirilmiş təbii qazdır. Azərbaycanın hədəfi boru kəmərindən ixracda daha çox gəlir əldə etmək və özünün satış coğrafiyasını genişləndirməkdir. Azərbaycan tərəfdaş dövlətlər - Yunanıstan, Bolqarıstan, İtaliya ilə uzunmüddətli müqavilələr bağlayıb. Həm Yunanıstana, həm İtaliyaya satdığımız təbii qazın qiymətləri elə də aşağı deyil”.

Z.Vəliyevin fikrincə, gələcəkdə gəlirlərimiz daha çox qaz ixracından olacaq: “Azərbaycan qarşıdakı illərdə qaz satışından indiki qiymətlər fonunda kifayət qədər gəlirlər əldə edəcək. Çünki təbii qaz qiymətləri qarşıdakı illərdə elə də aşağı olmayacaq. Qarşıdakı illərdə neft ixracındakı azalmaları təbii qaz ixracı ilə kompensasiya edəcəyik. Eyni zamanda, gəlirlərimizin böyük bir hissəsi təbii qaz ixracından əldə ediləcək”.




Ana səhifəyə qayıt        Baxış: 3 878          Tarix: 22-10-2022, 22:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma