Xəbər lenti

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Bu barədə Musavat.com-a Özbəkistan mətbuatına istinadən xəbər verir.

Görüş zamanı tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsi üçün maliyyələşdirmə mexanizmləri və əlverişli şəraitin yaradılması məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Ş.Mirziyoyevin oktyabrda Macarıstana rəsmi səfəri zamanı iki ölkə arasında 1 milyard dollarlıq birgə layihələrin həyata keçirilməsi üçün “yol xəritəsi” qəbul edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 053          Tarix: 10-11-2022, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma