Xəbər lenti

“Dövlət başçıları səviyyəsində təmaslar nəticəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracını blokdan çıxara bildik”.

Bu sözləri Almaniyanın “Ramşteyn” aviabazasında “Ukraynanın müdafiəsi üzrə təmas qrupu”nun (23 ölkənin nazirlərinin iştirakı ilə) iclasının yekunu üzrə jurnalistlərlə söhbətində Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Hulusi Akar xatırladıb ki, Rusiya ilə Ukrayna arasında müharibənin ilk günlərindən Türkiyə Montrö Konvensiyasının maddələrini tətbiq edib.

“Məhz Türkiyənin siyasəti sayəsində bu gün bölgədə nisbi sabitlik qorunur. Dövlət başçıları səviyyəsində təmaslar nəticəsində biz əsirlərin mübadiləsinə nail olduq, eləcə də Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracını da blokdan çıxara bildik. Bu günə kimi “Taxıl dəhlizi” ilə 18 milyon ton məhsul artıq alıcılara çatdırılıb. Rusiya və Ukrayna liderləri ilə danışıqlar aparan Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri problemlərin həlli yolunu asanlaşdırır”, - deyə Akar qeyd edib.

Mənbə: Anadolu




Ana səhifəyə qayıt        Baxış: 3 628          Tarix: 21-01-2023, 17:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma