İranda bir ABŞ dollarının məzənnəsinin 100 min tümənə qədər bahalaşacağı iddia edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, iranlı iqtisadi ekspert “The İndependent” nəşrinə müsahibəsində deyib:
“İran Mərkəzi Bankın sədri Fərzinin verdiyi açıqlamaya görə, təkcə son 40 gün ərzində 6,5 milyard dollar valyuta 28 500 tümən məzənnəsi ilə dövriyyəyə buraxılıb. Və sizin də qeyd etdiyiniz kimi, sözügedən məzənnənin hazırda qara bazardakı mövcud 47 000 tümən məzənnəsi arasında kəskin fərq var. Bu isə o deməkdir ki, son 40 gün ərzində 1 trilyon tümən məbləğində rant (hakimiyyətdə təmsil olunan nüfuzlu şəxslərə və oliqarxlara verilən imtiyazlar) paylanılıb. Yəni Mərkəzi Bankdan 6.5 milyard dolları əldə edən şəxs həmin vəsaiti qara bazarda mübadilə etdikdə 100 min dollar xalis gəlir əldə etmiş olur.
Bəs həmin pullar kimə verilib? İran Ticarət Palatası sözügedən vəsaiti əldə etdiyini bildirir. Yəni ölkədə idxal-ixrac əməliyyatlarını həyata keçirməli olan sahibkarlıq subyektləri həmin vəsaiti almayıblar. Bəs kim alıb? Biz bilmirik. Bu ki baş verən yeni hal deyil.
Həmin vəziyyət Həsən Ruhani hökuməti dövründə də hökm sürüb. Belə ki, o vaxt qara bazarda bir ABŞ dollarının məzənnəsi 4 200 tümən, bəlkə də.daha az idi.
Milyardlarla dolları öz adamlarına paylayırdılar. Əhmədinejadın prezidentliyi dövründə isə vəziyyət daha pis idi və s.
Mən burada daha bir məqamı əlavə etmək istəyirəm: Bəzən insanlar qara bazarda dolların məzənnəsinin bir müddət stabil qalmasına sevinirlər.
Paylaş: