Azərbaycan avtomobil və dəmir yolu daşımalarının həyata keçiriləcəyi Zəngəzur dəhlizinin reallaşdırılması üçün öz ərazisində başladığı layihələri intensiv şəkildə davam etdirir.
Bu barədə “TRT Haber”in hazırladığı məqalədə qeyd olunub.
Bildirilir ki, Azərbaycan Zəngəzur dəhlizi üçün çox vacib olan magistral yol işlərinin əksəriyyətini başa çatdırıb. Horadiz, Cəbrayıl, Zəngilan və Ağbənd arasındakı avtomobil yolunun artıq istifadəyə verilməsi üçün günlər sayılır.
Mütəxəssislər deyirlər ki, sözügedən avtomobil yolu Zəngəzur dəhlizi üçün həyati əhəmiyyət kəsb edir.
Həmçinin qeyd edilir ki, Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi bölgənin iqtisadi və nəqliyyat əlaqələrində maneələri aradan qaldıracaq.
Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətləri təmin olunacaq. Həmçinin Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmir yolu inşa ediləcək.
Paylaş: