Xəbər lenti

"Qardaş və dost Azərbaycanın Qarabağda qələbəsi bizə on illərdir barəsində danışılan Zəngəzur dəhlizini açmaq imkanı verdi”.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.

“İnşallah bu dəhliz açılanda türk dünyasına açılan qapı olaraq ticarətimiz və mədəni əlaqələr daha da qovuşacaq. Ölkəmizdə bu dəhlizin başlanğıc nöqtəsi olmasının ilk faydalarını İğdır görəcək. Təbii ki, insan axınında artım olacaq”, - nazir qeyd edib.

“Ona görə də qidaya olan tələbatı da artıracaq. İğdırı buna hazırlamalıyıq. İğdır kənd təsərrüfatında və meşədə əsas şəhər olmalıdır. Biz buna ürəkdən inanırıq”, - İbrahim Yumaklı vurğulayıb.

O, qeyd edib ki, son 21 ildə bu istiqamətdə bəzi çalışmalar olub.




Ana səhifəyə qayıt        Baxış: 2 852          Tarix: 20-08-2023, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma