İran Prezidenti İbrahim Rəisi Araz keçidinin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bu barədə İran Prezidenti hökumətin bugünkü iclasında deyib.
İbrahim Rəisi İran-Azərbaycan sərhədindəki layihənin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
İran Prezidenti bildirib ki, bu layihənin işə düşməsi iki ölkə, eləcə də region ölkələri arasında mübadilə, iqtisadi və ticarət əlaqələrinin səviyyəsini artıracaq.
Qeyd edək ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.
Oxu.az
Paylaş: