İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian 57 ölkənin daxil olduğu İslam Əməkdaşlıq Təşkilatının üzvlərini İsrailə neft embarqosu və digər sanksiyalar tətbiq etməyə və bütün İsrail səfirlərini ölkədən çıxarmağa çağırıb.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu çağırışa cavab olaraq, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) “siyasi təşkilat olmadığını” əsas gətirərək, heç bir təcili tədbir görməyi planlaşdırmadığını bildirib:
“Dünya neftinin üçdə birini istehsal edən, İran və bir neçə müsəlman ölkəsinin daxil olduğu OPEK-dən olan dörd mənbə bildirib ki, qrup İranın çağırışları ilə bağlı təcili tədbirlər və ya fövqəladə görüşlər planlaşdırmır”.
Qeyd edək ki, İsrail neft istehlakının 80 faizdən çoxunu Azərbaycandan alır. İranın OPEK-ə çağırışı müsbət cavablandırılsa belə, OPEK-in qərarları onun üzvü olmayan Azərbaycan üçün məcburiyyət yaratmır.
Paylaş: