Dünya birjalarında neft bahalaşıb.
"Apa-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,36% artaraq 49,89 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,30 dollar və ya 0,57% artaraq 52,82 dollar olub.
Ticarət sessiyası ərzində WTI markalı neftin 1 barelinin dəyəri mayın 30-dan etibarən ilk dəfə 50 dollar həddini keçib.
Cümə günü aylıq maksimumu yeniləyən Brent markalı neftin qiyməti isə hələ də 52 dollardan yuxarı olaraq qalır.
7-8 avqust tarixlərində Əbu-Dabidə OPEC+ ölkələrinin Texniki komitəsinin iclası keçiriləcək. Görüşdə bəzi ölkələr tərəfindən hasilatın azaldılmasına dair üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi müzakirə olunacaq.
Paylaş: