Xəbər lenti

Şəmkir rayonunda qohumlar arasında silahlı insident baş verib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Niftalıyev saxlanılıb və hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.

 




Ana səhifəyə qayıt        Baxış: 498          Tarix: 15-08-2018, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma