Xəbər lenti

Beyləqanda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, mayın 14-də Beyləqan rayonunda yaşayan 16 yaşlı Nəzifə Babayeva evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən "İJ" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 641          Tarix: 15-05-2017, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma