Xəbər lenti

 

Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. 

Oxu.Az xəbər verir ki, videoda YPX əməkdaşının sürücüdən rüşvət istəməsi əks olunub. 

O, bir neçə dəfə “Maşını 10 manatdır” deyərək, sürücüdən 30 manat pul istəyib, sürücü isə ona 15 manat təklif etsə də, yol polisi əməkdaşı bununla razılaşmayıb. 

Polis bildirib ki, pulu verməyəcəyi təqdirdə yük maşını tərəziyə çıxanda əlavə yük boşaldılacaq. 

Videonun Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehtiyev olduğu qeyd edilib.




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 27-12-2019, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma