Xəbər lenti

 

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, “ASK” ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində olan və “ASK” ASC-nin mülkiyyətinə veriləcək əmlak hesabına formalaşır.

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bir ay müddətində aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

 

Dövlət başçısının müvafiq sərəncamları ilə Kamran Telman oğlu Nəbizadə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru, Natiq Ərziman oğlu Əmirov isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib. 




Ana səhifəyə qayıt        Baxış: 1 299          Tarix: 6-11-2017, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma