Xarici şokları effektiv absorbsiya etmək qabiliyyətini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) çevik məzənnə rejimini saxlayacaq. AMB milli valyutanın fundamental maktroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.
“Report” bu barədə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri bareədə bəyanatına istinadən xəbər verir.
Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametrlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək.
AMB orta və uzunmüddətli dövrdə inlyasiyanın hədəflənməsi rejimini optimal pul siyasəti rejimi olaraq görür. Bu rejimə keçid şərtlərinin realizasiyası istiqamətində işlər davam etdiriləcək.
Qəbul edilmiş “Pul bazarının inkişafı proqramı”na uyğun olaraq pul bazarının inkişaf etdirilməsi üzrə nəzərdə tutulan işlər: I - mütəşəkkil təminatsız banklararası kredit bazasının yaradılması, II - qiymətli kağızlar bazarının dətinləşməsi və banklararası repo bazarının formalaşdırılması, III - banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı kimi istiqamətləri əhatə edir. Dövlət qiymətli kağızlar bazarının dərinləşdirilməsi ölkədə adekvat gəlirlik əyrisinin və bu əsasda bençmark faiz dərəcələrinin formalaşdırılması baxımından da mühüm əhəhmiyyət kəsb edir.
Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair AMB tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni yaxşılaşdıra bilər.
AMB son dövrlər populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılmasını nəzərdə tutuan pilot layihənin reallaşdırılmasını təmin edəcək.
AMB banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sisteminin likvidlik vəziyyətindən asılı olacaq. Bəyanatda bildirilir ki, struktur likvidlik profisiti olduğu təqdirdə AMB strelizasiya əməliyyatları üzrə portfeli genişləndirə bilər.
Paylaş: