Xəbər lenti

 

“Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb”.

Ovqat.com xəbər verir ki, məlumatı DİN Mətbuat Xidməti yayıb.

Xidmətin “2018-ci il fevral ayının 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat”ında daha sonra qeyd olunur:

"- Axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb".




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 7-02-2018, 10:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma