Xəbər lenti

 

Ramiz Yaqub oğlu Rzayev yenidən Ali Məhkəmənin sədri təyin olunub.

Ovqat.com xəbər verir ki, ölkə başçısı İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ramiz Rzayev 2005-ci ildən bəri yürütdüyü vəzifəsini yenidən davam etdirəcək

Sərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

  1. Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.
  2. Bu Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2018-ci il.

 

 

Bəs, Ramiz Yaqub oğlu Rzayev kimdir?

25 fevral 1953-cü ildə anadan olmuş, ailəlidir, 3 övladı var.

1971-1977 - S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin tələbəsi, hüquqşünasdır

1977-1979 - Həqiqi hərbi xidmət

1979 - Bakı şəhəri, Nərimanov rayon Prokurorluğunda müstəntiq

1981 - Bakı şəhər Prokurorluğunun İstintaq idarəsində baş müstəntiq

1983 - Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq

1991 - Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə istintaq şöbəsinin böyük prokuroru

1992 - Dəvəçi rayon prokuroru

1993 - Beyləqan rayon prokuroru

1995 - Azərbaycan Respublikasının Hərbi Prokuroru

1998 - ci il 25 may tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə general-mayor ali hərbi rütbəsi verilmişdir

2000 - ci il 17 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir.

2000 - ci il Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

2001- ci il 23 fevral tarixində Baş Prokurorun əmri ilə "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif olunmuşdur

2002 - ci il 17 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir.

2004 - cü il 30 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur

2005 - ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

2005 - ci ildən Azərbaycan Respublikası Məhkəm-Hüquq Şurasının üzvüdür.

2008 - ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar hüquqşünası fəxri adı verilmişdir.

2010 - cu ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

2013 - ci ilin 25 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.




Ana səhifəyə qayıt        Baxış: 1 510          Tarix: 15-02-2018, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma