Xəbər lenti

 

Təşəbbüsə Nida Vətəndaş Hərəkatı da qoşulacaq

Müxalifətin birgə mitinqinin vaxtı məlum olub. Mitinq martın 10-da, saat 15:00-a təyin olunub.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, mitinqlə bağlı müraciət artıq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Aksiyanın əsas şüarları “Monarxiyaya son”, “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya son”, “Bahalaşmaya etiraz edirik” olacaq.

Müxalifətin birgə mitinq təşəbbüsünə Nida Vətəndaş Hərəkatı qoşulacağını bildirsə də, ReAl Hərəkatı İlqar Məmmədovun qərarını gözləyəcəyini bildirib.

Milli Şura fevralın 28-də növbədənkənar prezident seçkiləri öncəsi birgə ümumxalq mitinqləri keçirmək təşəbbüsü ilə Müsavat partiyası və ReAL hərəkatına müraciət edib.

Müraciəti Milli Şuranın sədri Cəmil Həsənli “Facebook” səhifəsində yayıb.

Müraciətdə xatırladılır ki, Milli Şura növbədənkənar prezident seçkilərini boykot edir:

“Qərarı zəruri edən səbəb ölkədə seçki mühitinin olmaması, mətbuatın susdurulması, siyasi repressiyaların davam etməsi, ölkədə 160 nəfər ətrafında siyasi məhbusun olması, İlham Əliyevin qəfil seçki sərəncamı və növbəti prezident seçkilərinin vaxtının heç bir zərurət olmadan 6 ay önə çəkilməsi və sair ilə bağlı idi. Milli Şura belə seçki oyununda iştirakı rədd etdi, hakimiyyətin seçki məzhəkəsini ifşa edəcəyini, başlandığı andan qeyri-legitim məzmun daşıyan saxta seçkilərin nəticələrini tanımayacağını, ölkə Konstitusiyası və qanunları çərçivəsində bu saxtakarlığa qarşı mübarizə aparacağın bəyan etdi”.

Meydan TV




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 1-03-2018, 22:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma