Xəbər lenti

      

“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  “İstehlakçıların maarifləndirilməsi: GMO ərzaqları və qida təhlükəsizliyi” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Gənc istehlakçılar GMO məhsulları ilə bağlı tədbiri qənaətbəxş hesab edərək müakirələrdə fəallıq nümayiş etdiriblər. Layihə rəhbəri Əlövsət Allahverdiyev GMO məhsulları ilə bağlı, onların istehsalı ilə bağlı danışdı və onun xüsusilə ABŞ da geniş yayıldığını qeyd etdi. Daha sonra Azərbaycan Respublikasının qanunvericiliyinə görə geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsinin və satışının qadağan olduğunu qeyd etdi.

Layihənin eksperti fəlsəfə doktoru Mütəllim Rəhimov GMO məhsulları ilə bağlı geniş təqdimatla çıxış edib. O, GMO məhsullarının istehsal səbəbləri və insan orqanizminə təsirləri və gələcəkdə yarada biləcəyi fəsadlar barədə geniş məlumat verib. Ekspert deyib ki, GMO məhsullarının qəbulu zamanı oradakı maddələr illərlə orqanizmdə yığılaraq müxtəlif xəstəliklərə səbəb olur. Burada əsas zərər çəkənlər isə uşaq və gənclərdir, çünki onların immun sistemi bu zərərli maddələrə qarşı mübarizə aparmaq qabiliyyətində deyil. M.Rəhimov deyib ki, gündəlik istifadə olunan ərzaq, kosmetik vasitələr və qeyri orqanik tərəvəzlərin tərkibində yer alan kimyəvi komponentlər gənc anaların organizmində toplanaraq gələcək nəsillərə ötürülür. Son zamanlar uşaqlarda geniş yayılmış allergik xəstəliklərin səbəblərindən biri də əsasən yuxarıda qeyd olunan amillərdir. Sintetik kimyəvi maddələrdən istehsal olunmuş kosmetik və gigiyenik vasitələrin də insan orqanizminə çox neqativ təsiri var. Sintetik yuyucu vasitələr dəridən çirki təmizləsə də dərinin müdafiəçisi olan üst qatını zədələyir və beləliklə, dəri ətraf mühitin mənfi təsiri qarşısında aciz qalır. Sonda Mütəllim Rəhimli gələcək nəsillərin sağlam yaşaması üçün geni dəyişdirilmiş məhsullara maximum dərəcədə marağın azaldılmasını, ümumiyyətlə, istifadə olunmamasını tövsiyə etdi. Tədbir maraqlı müzakirələrlə yekunlaşdı.




Ana səhifəyə qayıt        Baxış: 1 042          Tarix: 25-05-2017, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma