Xəbər lenti

 

İran raketlərin hazırlaması proqramı üzrə ABŞ-la danışıqlara hazırdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

“İranlilar ilk dəfə bildirdilər ki, raket proqramı üzrə danışıqlar aparmağa hazırdır”, - Pompeo nazirlər kabinetinin iclasında deyib.

Dövlət katibinin yanında oturmuş prezident Donald Tramp bunu təsdiq edib: “Onlar danışmaq istəyirlər, baxaq görək, nə olacaq”.

Pompeo və Tramp ABŞ-ın rəsmi şəxslərinin İranla birbaşa ünsiyyət saxlayıb-saxlamadığını dəqiqləşdirməyib.

Daha əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif NBC News telekanalına müsahibəsində bildirmişdi ki, əgər ABŞ ballistik raket proqramı üzrə danışıqlara başlamaq istəyirsə, onda onlar region ölkələrinə silah satışına son qoymalıdırlar.




Ana səhifəyə qayıt        Baxış: 482          Tarix: 17-07-2019, 09:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma