Xəbər lenti

 

“Azərbaycan və Ermənistan arasında təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnunuq”. 

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. 

O bildirib ki, tərəflərin fərqli bəhanələrlə qarşılıqlı ittihamlar irəli sürməyə davam etməsi narahatlıq doğurur. 

M. Zaxarova qeyd edib ki, belə ritorika danışıqlar prosesi üçün münbit şəraitin yaradılmasına və münaqişənin həlli üçün kompromislərin axtarışına mane olur: “Rusiya Federasiyası ondan çıxış edir ki, Dağlıq Qarabağın yekun statusu Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməlidir. Bizim mövqeyimizi bilirsiniz. Bu mövqedə dəyişiklik baş verməyib. Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, habelə rəsmi Moskvanın Bakı və Yerevanla sıx münasibətlərini nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli sülh prosesinin irəliyə aparılması üçün köməklik göstərməyə hazırıq”. 




Ana səhifəyə qayıt        Baxış: 495          Tarix: 10-08-2019, 01:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma