Xəbər lenti

 

Rusiya müdafiə naziri Sergey Şoyqu Suriya Demokratik Qüvvələrinin komandanı, general Mazlum Kobani ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, video-konfransda Şoyqu kürd generala Soçidə Türkiyə və Rusiya prezidentləri arasında keçirilmiş görüş barədə məlumat verib.

Görüşdə Şoyqu ilə yanaşı, Rusiya Silahlı Qüvvələrinin qərargah rəisi Valeri Gerasimov da iştirak edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Sergey Şoyqu Mazlum Kobaniyə qarşıdakı günlərdə Suriya-Türkiyə sərhədlərində rus hərbi polis qüvvələrinin sayının artırılacağı haqda məlumat verib.

Rusiya müdafiə naziri qeyd edib ki, sərhəd bölgələrində yaşayan mülki vətəndaşların əraziləri tərk etməsinə ehtiyac yoxdur, onlar üçün heç bir təhlükə olmayacaq.

SDQ komandanı rus hərbi polisi və Bəşər Əsəd ordusunun əməliyyatlarına dəstək verəcəklərini söyləyib və kürdlərin təhlükəsizliyini təşkil etdiyinə görə Rusiyaya təşəkkür edib.




Ana səhifəyə qayıt        Baxış: 583          Tarix: 24-10-2019, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma