İtaliya höküməti ölkəni tamamilə karantinə alıb.
Ovqat.com xəbər verir ki, Avropada koronavirusun ən geniş yayıldığı ölkələrdən olan İtaliya həm də Çindən sonra ən çox ölüm faktlarının qeydə alındığı yerdir.
Ölkədə koronavirusuna yaxalananların sayı 8 minə yaxınlaşıb. Ötən 24 saat ərzində isə koronadan 97 nəfər İtaliya vətəndaşının öldüyü bildirilir. Ümumiyyətlə isə İtaliyada bu virus 463 nəfərin həyatına son qoyub.
İtaliya Azərbaycanın əsas ticarət partnyorlarındandır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ticarət dövriyyəsində əsas yeri İtaliya tutur. Belə ki, 2019-cu ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 6 milyard dollar, Türkiyə ilə 4 milyard 509,4 milyon dollar, Rusiya ilə 3 milyard 22 milyon dollar təşkil edib.
TAP layihəsinin əsas tərəfdaşı olan İtaliya ölkəmizlə iqtisadi əməkdaşlığa elə ciddi önəm verir ki, hətta hökumət 2020-ci ili Azərbaycan ili elan edib. İtaliya Prezidenti Sercio Mattarella fevralın 20-də Prezident İlham Əliyevlə görüşərkən də bu faktı dilə gətirərək demişdir: "Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub.
Koronavirus səbəbilə İtaliyanın tamamilə karantin altına alınması Azərbaycanın bu ölkəylə ticari əlaqələrini zəiflədə bilər.
Paylaş: