Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Koronavirus pandemiyası olmasa belə, qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı “seçkilər” beynəlxalq hüquq baxımından qeyri-qanunidir. Əlbəttə, COVİD-19 pandemiyasının yayıldığı bir vaxtda “seçkilər”in keçirilməsi məsuliyyətsiz hərəkət, danışıqlar prosesində qeyri-konstruktiv addımdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, işğal olunmuş Azərbaycan torpaqlarındakı qondarma rejim “seçkilər”lə qətiyyən konstruktiv töhfə vermir:
“Yerli erməni əhalisi İrəvan və Dağlıq Qarabağdakı qondarma rejim üçün bir alətdir. Koronavirus infeksiyasının geniş yayıldığı bir şəraitdə əhaliyə biganə yanaşmaq onu göstərir ki, onlar üçün siyasi oyunlar insanların sağlamlığından daha vacibdir. “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin heç bir perspektivi yoxdur. “Seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır. Və Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər”.
Fərid Şəfiyev dünya birliyi tərəfindən Azərbaycana böyük dəstək göstərildiyini diqqətə çatdırıb:
“Əvvəlki illərlə müqayisədə müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb. Ola bilsin koronavirus da müəyyən rol oynayıb. Çünki belə şəraitdə hər hansı seçkinin keçirilməsi, insanların bir yerdə toplanması qəbuledilməzdir. Dəfələrlə ATƏT-in Minsk qrupu, Avropa Birliyi bu “seçkiləri” qəbul etməyib. Bu dəfə dəstək geniş şəkildə ifadə olundu. Uzaq Kanada və Avstraliyadan tutmuş NATO-ya qədər dünya ictimaiyyəti yekdil rəy bildirdi. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatı da bu “seçkilər”i pislədi. Əlbəttə, Qoşulmama Hərəkatında sədrliyimizin də müsbət töhfəsi olub. Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanda zirvə görüşü keçirilməsi kimi addımlar özünü doğruldur. Qoşulmama Hərəkatı torpaqlarımızın güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını vurğulayıb. Verilən bütün bəyanatlarda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edilir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar