Xəbər lenti
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
19-11-2024, 23:12
Dövlət Təhlükəsizlik Xidməti (DTX) Xarici İşlər Nazirliyində (XİN) iyulun 3-də başlatdığı antikorrupsiya həbslərini davam etdirir. İyulun 10-da nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyev barəsində məhkəmə 4 aylıq həbs-qətimkan tədbiri seçib. Bildirilir ki, konsulluğun rəhbər şəxsləri əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb.
DTX-nın yaydığı rəsmi məlumatda isə deyilir ki, Faiq Bağırov, İlqar Əliyev, konsulluğun hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev (o, bir neçə gün əvvəl həbs edilmişdi) və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycana dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlrinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.
Musavat.com xəbər verir ki, Konsulluq İdarəsinin sabiq rəhbəri F.Bağırov diplomatik korpusda tanınmış şəxsdir. O, 1962-ci ilin noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1983-cü ildə Sovet İttifaqında hərbi tərçüməçi, 1984-1986-cı illərdə isə baş hərbi tərcüməçi kimi çalışıb. 1986-1988-ci illərdə Bakıda Xarici Tələbələr Şurasında mütəxəssis olub.
Müstəqil Azərbaycanın diplomatik nazirliyində isə 1992-ci ildən işləyir. Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini olub.
1998-2010 illərdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi işləyib. 2002-ci ilin yanvarında prezidentin fərmanı ilə ona fövqəladə və səlahiyyətli səfir dərəcəsi verilib. Bundan sonra Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrini icra edib.
2010-cu ildə isə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2017-ci ilin sentyabrında prezident onun səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
2018-ci ilin martına kimi sərəncamda qalıb və yalnız bundan sonra 12 il işlədiyi keçmiş işinə qayıdıb-yenidən nazirliyin Konsulluq İdarəsinin rəisi təyin olunub.
Faiq Bağırov
Qeyd edək ki, Konsulluq İdarəsi nazir müavini Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyir. Onu az-az hallarda Bakıya gələn əcnəbi qonaqları qarşılayanlar sırasında görmək mümkündür.
Bir neçə gün əvvəl həbs edilənlər-nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə isə başqa bir nazir müavini-Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləridir.
R.Həsənov Azərbaycan icitmaiyyətinə tanış simadır. 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 2004-2005-ci illərdə isə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Yada salaq ki, prezident 20 aprel 2018-ci ildə bu komitəni ləğv edib. Çünki son illər komitənin məsul şəxslərinin sahibkarları təhdid edərək pul yığmasına, “haqq” verməyənlərin isə qapılarına qıfıl vurmasına dair məlumatların da ölkə rəhbərliyinə çatdırıldığına dair iddalar vardı. May ayında R.Həsənov E.Məmmədyarova müavin təyin edildi. R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. Jurnalistlərin yaxşı tanıdığı, XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavinin qaynıdır. Hazırda o da Braziliyada səfirdir.
Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarovun həbslərlə bağlı “bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur” sözləri baş verənlərlə bağlı o qədərdə narahat olmadığı qənaəti yaradır. Məmmədyarovun təxminən “mən ilin böyük hissəsini xarici səfərlərdə oluram, işləri müavinlərim idarə edir” kimi sözlərlə məsuliyyəti üzərinə götürmədiyi barədə də söz-söhbət var. İndi ehtimal etmək olar ki, bu həbslərlə əlaqədar DTX-nın yuxarıda adını çəkdiyimiz nazir müavinlərinə də ciddi sualları olacaq. O da istinsna deyil ki, artıq anonsu verilən davam edəcək həbslər fonunda nazir müavinləri də ya istintaqa cəlb edilsin, ya da vəzifələrini itirsinlər...
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar