Xəbər lenti

 
Prezidentin bu gün İstanbula Baş konsul təyin etdiyi Nərminə Elsevər qızı Mustafayeva barədə maraqlı məlumatlar əldə etmişik. 
 
Ovqat.com-un bildirdiyinə görə, yeni Baş konsul indiyədək bir gün olsun belə, diplomatik korpusda işləməyib. 
 
Dolayısıyla o, bu sahədə ilk təcrübəsinə başlayacaq. 
 
Nərminə Mustafayevanın indiyədək Prezident Administrasiyasında aşağı vəzifələrdən birində çalışdığı bildirilir. İstanbul Baş konsulu kimi ağır vəzifəyə belə bir təcrübəsiz kadrın gətirilməsi isə Azərbaycanın diplomatik korpusunun bundan sonrakı mümkün heyəti barədə də kifayət qədər məlumat verir. Belə aydın olur ki, Rusiyanın “5-ci kolon”unun, eyni zamanda rüşvətxor iri məmurlarının övladlarının oylağına çevrilən hazırkı diplomatik korpusumuza dövlət rəhbərinin zərrə qədər də etibarı qalmayıb və onların böyük əksəriyyəti çıxdaş olunacaq. 
 
Sözsüz ki, “köhnə diplomatik korpus”dan 3-4 nəfər saxlanılacaq olsaydı, İstanbula mütləq onlardan biri göndərilərdi. Zira Azərbaycanın strateji tərəfdaşı olan Türkiyənin ən böyük şəhərindəki nümayəndəliyin ciddi təcrübəyə malik bir şəxsin ixtiyarına verilməsi daha məqsədəuyğun olardı. 
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 391          Tarix: 28-07-2020, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma