Xəbər lenti


Prezident İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam
 imzalayıb.
Bununla bağlı Prezidentin rəsmi saytı məlumat yayıb.

Bu sərəncamla “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilib.

Dövlət başçısının digər sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.
Qeyd edək kiAnar Kərimov 1977-ci ildə Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb.

Anar Kərimov 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib təyin olunub. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləyibr. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləyib.

23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib və o, Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi təyin edilib.
Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.] 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin olunub, eyni zamanda ona Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.



Ana səhifəyə qayıt        Baxış: 2 944          Tarix: 5-01-2021, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma